main-post-cover

    Huawei professional kamera ilə çəkilmiş fotonu smartfon vasitəsilə çəkilmiş kimi təqdim edib

    Elm & Texnologiya
    20.08.2018
    Farid Pardashunas
        Bugün internetdə Huawei şirkəti ilə bağlı maraqlı bir xəbər yayıldı. Belə ki, məlumata əsasən şirkət professional fotokamera vasitəsilə çəkilmiş fotonu Nova 3 smartfon modelinin ön kamerası ilə çəkilməsi adı ilə təqdim edibmiş. Şirkətin Misirdəki şöbəsi sözügedən smartfonun ön kamerasının yüksək özəlliklərini əks etdirən reklam videosu paylaşıb. Videonun paylaşılmasından bir neçə müddət sonra modellərdən biri olan Sarah Elshamy öz Instagram hesabında videonun çəkiliş prosesindən olan bir fotonu paylaşıb. Həmin fotodan görmək olar ki, reklam videosunda təqdim olunmuş foto professional fotokamera ilə çəkilib. Foto tez bir zamanda Instagram hesabından silinib.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər