
Huawei qeyri-adi şəkildə yenidən Apple şirkətini trolladı
Elm & Texnologiya
21.09.2018
Emil
12 Sentyabr tarixində Apple şirkəti yeni iPhone modellərinin
təqdim edəndən sonra Huawei şirkəti onu trollamışdı. Belə ki, şirkət üzərində “Yeni
bir şey göstərmədiyinizə görə çox sağolun” yazılı banner paylaşmışdı. İndi isə Huawei
Apple şirkətini yenidən trollayıb. Belə ki, Sinqapurda yerləşən Apple Store mağazasının qabağında yeni iPhone modellərini almaq istəyən adamlardan ibarət
böyük sıra var. Huawei şirkətinin loqosunun əks olunduğu köynəkləri geyinmiş insanlar isə həmin
sırada duran şəxslərə pulsuz powerbank paylayıblar.
Bir tərəfdən bu həqiqətən də
yaxşı köməkdir. Belə ki, sırada duran insanlar öz cihazlarını hansısa üsul ilə
şarj etməlidirlər. Digər tərəfdən bu üsulla Huawei şirkəti yeni iPhone modellərinin bir şarjdan sonra diqqət cəlb
etməyən çalışma müddətlərinə işarə edir. Güman olunur ki, gələn ay təqdim
olunacaq Huawei Mate 20 Pro flaqman modeli daha böyük batareya həcminə və daha
sürətli enerji yığma özəlliyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, şirkətin
pulsuz paylamış olduğu powerbanklar heç də ucuz modellər deyil. Onlar şirkətin
orijinal Huawei SuperCharge modelləridir.
Həmin powerbank modeli 10.000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və
59$ qiymətinə satılır.
Paylaş
Bənzər xəbərlər