
Huawei, Scarlett Johansson\'lı P9 reklamını yayımladı
Elm & Texnologiya
07.05.2017
Farid
Huawei, yeni təqdim etdiyi P9 modeli ilə birlikdə qlobal bazar payını artırmaq istəyir. Yeni reklam çarxında da bu iş üçün nə qədər istəkli olduğu görünür.
Huawei, hal-hazırda ağıllı telefon sahəsində ən böyük 3-cü şirkətdir. Şirkətin hədəfi isə 5 il ərzində zirvəyə çatmaqdır. Məhsulları müqayisə etdiyimizdə şirkətin hər il bir az daha inkişaf etdiyini deyə bilərik. Şirkət son olaraq flaqman telefonu olan P9 modelini təqdim edib. Bu model, Huawei'nin öz istehsalı olan çipsetdən istifadə edib və şəkil çəkmək cəhətdən çox iddialıdır. Leica ilə ortaq hazırlanan iki arxa kamera sensoruna malik P9, yaxın zamanda istifadəçilərin ixtiyarında olacaq.
Daha geniş kütlənin diqqətini çəkmək istəyən Huawei isə P9 üçün çəkdiyi reklam çarxını yayımladı. Reklamda məşhur aktrisa Scarlett Johansson baş roldadır. Johansson'a isə son illərdə Superman rolu ilə məşhur olan Henry Cavill partnyorluq edir.
Reklamda Huawei P9'un şəkil çəkmə funksiyalarına diqqət çəkilir. Baş rollara və reklama baxsaq, Çinli şirkətin reklam üçün geniş bir büdcə ayırdığını deyə bilərik.
Buyurun reklamı izləyin:
Paylaş
Bənzər xəbərlər