main-post-cover

    Huawei şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını yaradıb: Lakin bir nüans var

    Elm & Texnologiya
    31.10.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 40 Pro smartfonu 66 vatt gücündə sürətli şarj texnologiyasına sahibdir. Bu cür yüksək göstəricidə sürətli şarj texnologiyası diqqət çəksə də artıq 120 vatt gücündə sürətli şarj texnologiyası mövcuddur. Lakin buna baxmayaraq Huawei şirkəti daha da irəli getmək qərarını verib. Belə ki, şirkətin verdiyi məlumata əsasən o daha yüksək gücə sahib sürətli şarj texnologiyasını yaradıb. Lakin onu smartfonlarda istifadəyə verməyi hələki planlaşdırmır. Bu barədə Gizchina saytı xəbər evrib.
        Mate 40 flaqman smartfonunun təqdimatı zamanı şirkət bildirmişdi ki, o artıq 120 vatt və hətta 200 vatt gücündə olan sürətli şarj tenxologiyalarını yarada bilib. Lakin şirkət onları smartfonlarda istifadəyə verməyi hələki planlaşdırmır. Belə ki, 66 vatt gücündə olan sürətli şarj texnologiyası hal hazırda yüksək həcmli batareyaların enerji ilə təmin olunmaları üçün nəzərdə tutulmuş ən optimal texnologiyadır. Şirkət həmçinin bildirib ki, Mate 40 Pro-da dəstəklənən 50 vatt gücündə olan naqilsiz sürətli şarj texnologiyası da optimal variantdı. Daha yüksək gücə sahib şarj texnologiyaları stabil çalışmaya bilərlər. 
    Linki kopyala