main-post-cover

    'Huawei' şirkəti 4 kameralı Y9 smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    11.03.2018
    Farid Pardashunas
    Taylandda “Huawei” şirkəti öz yeni smartfon modeli olan Y9-u təqdim etdi.
    Xarici görünüşcə yeni smartfon Mate 10 LiteHonor 9 Lite modellərinə bənzəyir. Lakin Y9 modeli büdcəli smartfondur. Y9 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 5.93 inç IPS ekran, Kirin 659 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi) və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Yeni smartfonun əsas özəliyi 4 ədəd kameraya sahib olmasıdır. Yəni Y9 ikili arxa kameraya və ikili ön kamera ilə təchiz olunub. O, 2 + 13 MP-lik arxa kamera və 16 + 2 MP-lik ön kameraya sahibdir. Smartfonun arxa panelində isə barmaq izi skanı yerləşir. Bununla yanaşı smartfonun korpusu metaldan hazırlanıb. Y9 EMUI 8.0 interfeysli Android 8.0 əməliyyat sistemi vasitəsilə çalışır. Yeni smartfon modelinin qiyməti və satışa çıxma tarixi barəsində heç bir məlumat verilməsə də, onun 200 avro qiymətə satılacağı güman olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər