main-post-cover

    Huawei şirkəti 5G dəstəkli və 8K ekranlı smart televizor üzərində çalışır

    Elm & Texnologiya
    02.05.2019
    Farid Pardashunas
        Artıq məlumdur ki, Huawei şirkəti özünün smart televizor modellərini istehsal etmək niyyətindədir. İndi isə Asia Nikkei saytı bunu təsdiqləyib və bu barədə bəzi məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən Huawei şirkətinin hazırladığı bir neçə smart televizor modellərindən biri 8K keyfiyyətində ekrana sahib olacaq. Bununla yanaşı həmin televizroun daha bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, 5G şəbəkəsini dəstəkləyəcək. Belə ki, sözügedən televizor modelinə şirkətin Balong 5000 adlı 5G modemi quraşdırılacaq.
        Qeyd etmək lazımdır ki, həmin modem həmçinin Huawei Mate 20 X 5G smartfonunda və qatlana bilən Mate X modelində var. Məlumata əsasən bu televizor nəinki adi bir smart televizor kimi həmçinin ağıllı ev ilə idarəetmə mərkəzi kimi çıxış edəcək. Yüksək sürətli internet vasitəsilə həmin televizora digər cihazlar da qoşula biləcək. Gözləntilərə əsasən şirkət bu cür smart televizoru artıq bu il satışa çıxardacaq. Onun qiymətinin çox yüksək olacağı güman edilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 5G dəstəksiz 8K ekran keyfiyyətli televizorların qiymətləri hal hazırda 5000-120000$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər