main-post-cover

    Huawei şirkəti 6G şəbəkəsi üçün təchizat hazırlanmasına artıq start verib

    Elm & Texnologiya
    15.08.2019
    Farid Pardashunas
        Bir çox ölkələr 5G şəbəkəsinin istifadəyə verilməsi üçün aktiv şəkildə çalışdıqları və şirkətlərin 5G smartfonları satışa çıxartdıqları bir vaxtda Huawei şirkəti 6G şəbəkəsi üçün təchizat hazırlanmasına artıq start verib. Bu işdə şirkətə dünyanın hər bir yerindən olan bir çox partnyorlar kömək edirlər. Mütəxəssislər isə 6G-nin istifadəyə veriləcəyi tarix barəsində məlumat veriblər.
        Bu barədə GSMarena saytına istinadən 4pda saytı xəbər verib. Bu istiqamətdə Huawei şirkəti dünyanın 13 aparıcı universiteti ilə əməkdaşlıq edir. Şirkətin texnoloji bazası Ottavada (Kanada) yerləşdirilib. Mütəxəssislərin fikrincə 6G şəbəkəsi 2030-cu ildən tez istifadəyə verilməyəcək. Həmin müddət ərzində isə operatorlar və telekommunikasiya təchizatı istehsalçıları saniyədə 1 Tbit keçiricilik gücünə hazırlaşmalıdırlar.
        Bir neçə müddət bundan öncə bir sıra mənbələr xəbər vermişdilər ki, Samsung şirkəti də bu istiqamətdə tədqiqatlar aparır və 6G şəbəkəsi üçün təchizat hazırlanmasına start verib. 6G şəbəkəsinin qurulmasında aktiv iştirakı həmçinin Nokia, Ericsson SK Telekom şirkətləri təsdiqləyiblər. Bu 3 şirkət 6G şəbəkəsinin qurulub inkişaf etdirilməsi üçün əməkdaşlıq müqaviləsi bağlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər