main-post-cover

    Huawei şirkəti ABŞ-da yüzlərlə işçisini işdən azad etməyi planlaşdırır

    Elm & Texnologiya
    15.07.2019
    Emil Nəcəfov
        Huawei şirkəti ABŞ-da fəaliyyət göstərən və öz strukturuna daxil olan Futurewei şirkətinin yüzlərlə əməkdaşını işdən azad etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, bu şirkət texnologiyaların yaradılması üzrə tədqiqatların aparılması istiqamətində fəaliyyət göstərir. Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib. Futurewi Technologies şirkətində 850 əməkdaş çalşır.
        Şirkətin laboratoriyaları Texasda, Vaşinqtonda, Kaliforniyada və digər ştatlarda yerləşirlər. İşdən azad ediləcək əməkdaşların dəqiq sayı bilinməsə də məlumata əsasən onlar yüzlərlədir. Həmin şirkətdə çalışan çinli vətəndaşlara isə Çinə qayıdaraq Huawei şirkətinin digər strukturlarında işə düzəlmək təklif olunub. Huawei şirkəti bu məsələyə fikir bildirməkdən imtina edib.
        The Wall Street Journal saytının məlumatına əsasən bu cür qərarın əsas səbəbi isə Huawei şirkətinin ABŞ regionu üzrə qara siyahıya salınmasıdır. İyun ayının sonunda ABŞ ilə Çin prezidentləri hər iki ölkə arasındakı ticarət müharibəsində sülhün əldə edilməsi üzrə razılığa gəlmişdilər. Bu ay isə ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların zəiflədəcəyini bildirmişdi.
    Linki kopyala