main-post-cover

    Huawei şirkəti ABŞ məhkəməsinə müraciət edib

    Elm & Texnologiya
    29.05.2019
    Farid Pardashunas
        Çinin Huawei şirkəti ABŞ hökuməti tərəfindən şirkətin qara siyahıya salınmasının və ABŞ şirkətlərindən proqram təminatı ilə aparat təminatının alınmasının qadağan olunmasının antikonstitusiya qərarı kimi qəbul olunması üçün ABŞ məhkəməsinə müraciət edib. Bu barədə Rusbase saytı xəbər verib.
        Şirkət ABŞ hökuməti tərəfindən təyin olunmuş bu qərarı ictimai hüququn pozulması hesab edir. Şirkət həmçinin onu da qeyd edib ki, Vaşinqton şirkət tərəfindən ola biləcək hər hansı bir təhlükə məsələsi üzrə heç bir sübut təqdim etməyib və bu cür təhlükə riski barəsində digər sahələrə də xəbərdarlıq verib. Qeyd etmək lazımdır ki, bu ayın ortasında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etdi.
        Beləliklə şirkət ABŞ hökumətinin xüsusi icazəsi olmadan ABŞ şirkətlərindən proqram və aparat təminatını ala bilməz. Bu cür qərardan sonra Huawei ilə Google, Intel, Qualcomm, BroadcomARM kimi şirkətlər əməkdaşlığı dayandırdılar. Daha sonradan isə ABŞ hökuməti şirkətə 90 günlük lisenziya təqdim etdi. Həmin 90 gün ərzində şirkət ABŞ regionunda öz fəaliyyətini davam etdirə bilər. Lisenziyanın müddəti isə 19 avqust tarixində bitəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər