main-post-cover

    Huawei şirkəti ABŞ sanksiyalarına hələ 10 il bundan öncə hazırlaşmağa başlayıbmış

    Elm & Texnologiya
    15.07.2019
    Emil Nəcəfov
        ABŞ ilə Huawei şirkəti arasındakı gərginliyə və ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalara baxmayaraq şirkət normal şəkildə fəaliyyət göstərir. Buna isə öz növbəsində uzaqgörən siyasət və şirkət daxilində bu cür məhdudiyyətə hələ 10 il bundan öncə hazırlaşmanın hesabına nail olunub. Bu barədə Mydrivers saytına istinadən 4pda saytı xəbər verib.
        Şirkət daxilində bu cür siyasəti biznesin davamlı idarəsi adlandırırlar. “Qlobalizasiyanı nəzərə alaraq bugünki gündə 100% məhsulu özünün istehsal etdiyi şirkəti saymaq çətindir. Hələ 10 il bundan öncə biznesin davamlı idarəsi siyasətini qəbul edərək biz hər bir smartfon komponenti üçün minimum iki istehsalçı şirkəti təyin etmişdik” - deyə şirkət təmsilçisi qeyd edib.
        Bugünki gündə şirkətin əməkdaşlıq etdiyi 2000-dən çox istehsalçı şirkət var. Onların əsaslarından 37-i Çində, 10-u Tayvanda, 33-ü ABŞ-da, 11-i Yaponiyada, 4-ü Almaniyada, 4-ü İsveçrədə, qalan 4-ü isə Cənubi Koreyadadır. Huawei üçün smartfon komponentləri istehsalı ilə məşğul olan şirkətlərin bəziləri də həmçinin Fransa, Sinqapur və Niderlanddadırlar. Məhz bu cür strategiya sayəsində keçən il P20 Pro smartfon modelini uğursuzluqdan xilas etmək mümkün olmuşdu.
    Linki kopyala