main-post-cover

    Huawei şirkəti AppGallery tətbiqlər mağazasının üstünlüklərindən danışdı

    Elm & Texnologiya
    26.02.2020
    Farid Pardashunas
        Huawei şirkəti HMS ekosisteminə (Huawei Mobile Services) daxil olan və Google servislərinin alternatvi kimi çıxış edən AppGallery tətbiqlər mağazasının üstünlüklərindən danışdı. Bu barədə 4pda saytı xəbər verib. AppGallery tətbiqlər mağazası Huawei şirkətinin rəsmi platoformasıdır və 170-dən çox ölkədə istifadəyə verilib. Sözügedən tətbiqlər mağazası kompleksli təhlükəsizlik sisteminə sahibdir və özündə tərtibatçının real adının yoxlanması, mağazaya yüklənən proqram təminatının viruslardan qorunub-qrunmamasını yoxlayan 4 səviyyəli yoxlanış sistemini birləşdirir.
        Bununla yanaşı AppGallery uşaqların və yeniyetmələrin arzuolunmaz kontentlərdən qorunmaları üçün yaş reytinqi sisteminə də sahibdir. Tətbiqlər mağazasının portfoliosunda təkcə məşhur qlobal tətbiqlər deyil həmçinin istifadəçilərin gündəlik həyatlarında lazım ola biləcək fərdi tətbiqlər də var. Hal hazırda Huawei şirkəti öz fərdi ekosisteminin yaradılmasına 3000-dən çox mütəxəssis cəlb edib, tərtibatçıların operativ dəstəklənməsi üzrə beynəlxalq mərkəz yaradıb və tətbiqlər ilə servis hazırlayan kənar tərtibatçıların mükafatlandırılması və stimullaşdırılması üzrə Shining Star proqramını işə salıb.
        AppGallery istifadəçilərinin konfidensial məlumatlarının qorunması üçün bir sıra təhlükəsizlik tədbirləri həyata keçirilir. Əsasən biometrik məlumatlar emal olunmaq üçün Huawei istehsalı olan mobil cihazlardan kənara göndərilmir. EMUI interfeysinin proqram təminatı istifadəçilərə tətbiqlərin hüquqlarını idarə etməyə imkan verir. Konfidensial məlumatlar anonim və istifadə olunan cihazın regionu üzrə lokal şəkildə saxlanılır.
        AppGallery plartformasının əsas özəlliklərindən biri də Quick Apps adlı tətbiqlər kateqoriyasıdır. Həmin kateqoriyaya smartfonların yaddaşlarında az yer tutan tətbiqlər daxildirlər. Yəni həmin tətbiqləri birbaşa smartfona quraşdırmaq lazım deyil. Şirkətin verdiyi məlumata əsasən 1 GB daxili yaddaşa 2000-dən çox sürətli tətbiq yerləşdirmək olar. Huawei HMS ekosistemini və AppGallery tətbiqlər mağazasını inkişaf etdirməyə davam edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər