
Huawei şirkəti artıq Kirin 1000 prosessoru üzərində çalışır
Elm & Texnologiya
01.10.2019
Emil
Huawei hələ sentyabr ayının əvvəlində öz yeni flaqman prosessor modeli olan Kirin 990-ı təqdim etmişdi. Lakin görünür, şirkət artıq yeni prosessor modeli üzərində işlərə start verib. Bu barədə Huawei Central saytı xəbər verib. Mənbənin verdiyi məlumatda qeyd edilib ki, Huawei şirkəti artıq Kirin 1000-nin istehsalına start verib. Həmin prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Həmçinin Kirin 1000 prosessoru A77 arxitekturasını və 5G modem çipini əldə edəcək. Prosessor barəsində digər bir məlumat yoxdur. Kirin 1000-nin 2020-ci ilin ikinci yarısında təqdim edilməsi planlaşdırılır. Çox güman ki, həmin prosessoru ilk əldə edəcək smartfonlar isə Mate 40 seriyasına daxil olacaq modellər olacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
