main-post-cover

    Huawei şirkəti bu il 20 milyon P30 və P30 Pro satmaq niyyətindədir

    Elm & Texnologiya
    09.04.2019
    Farid Pardashunas
        Huawei şirkəti artıq P30P30 Pro flaqman smartfon modellərinin satış startına hazırdır və o bu smartfonlara çox böyük ümidlər bəsləyir. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən yeni flaqman smartfon seriyasının satış tirajında 6 milyon cihaz var. Bu həm Çin bazarı həm də digər ölkələr üçün nəzərdə tutulub. Buna görə də Huawei şirkəti Xiaomi kimi smartfon çatışmazlığı problemi ilə qarşılaşmamalıdır.
        İlin sonuna kimi isə şirkət 20 milıyon smartfon satmaq niyyətindədir. Əslində bu heç də təəccüblü deyil. Çünki şirkət artıq bu il Samsung şirkətini satışlar baxımından geridə qoymaq niyyətindədir. Qeyd etmək lazımdır ki, P30 və P30 Pro smartfonlarının istehsalının əsas hissəsi ilə Foxconn şirkəti məşğul olur. Bu şirkət həmçinin Apple şirkətinin əsas iPhone istehsalçısıdır.
        Maraqlısı ondadır ki, Foxconn bir neçə müddət bundan öncə Android smartfonların istehsalından imtina etmək istəyirdi. Belə ki, şirkət bu sahəni gəlir mənfəəti baxımdan zərərli hesab edirdi. Lakin görünür, Huawei şirkətinin sifarişi Foxconn-un problemlərini həll edəcək və son zamanlarda öz smartfonlarının istehsalını aşağı salan Apple şirkətinin yerini tutacaq. P30 və P30 Pro smartfonlarının istehsalında Foxconn-un ümumilikdə 50.000-dən çox əməkdaşı iştirak edəcək. Qeyd etmək lazımdır ki, bu yeni flaqman smartfonlar bu ay satışa çıxmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər