main-post-cover

    Huawei şirkəti bu il 270 milyon smartfon sata bilər

    Elm & Texnologiya
    23.07.2019
    Farid Pardashunas
        Təəccüblü görünsə də ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkəti böyüməyə davam edir. Bir çoxları şirkət üçün bu ilin uğursuz olacağını proqnozlaşdırsalar da şirkət yeni rekorda doğru gedir və artıq gələn il üçün hazırlşır. Bu barədə Gizchina saytna istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, keçən il şirkət 200 milyondan bir qədər çox smartfon sata bilmişdi.
        Lakin bu il ABŞ sanksiyaları səbəbilə analitiklər bildirmişdilər ki, şirkət 50-60 milyon daha az smartfon satacaq. Şirkətin Çin bazarındakı satşları yüksələndən və ABŞ sanksiyalarının zəiflədilməsindən sonra analitiklər öz proqnozlarını yenilədilər. Onlar qeyd ediblər ki, şirkət bu il 250 milyon və hətta 260 milyon smartfon sata bilər. Lakin Huawei şirkətinin yaradıcısı və CEO-su olan Ren Zhengfei tamamilə fərqli planlara sahibdir. Belə ki, o, 270 milyon smartfon satışına ümid edir.
        Bunun olacağı halda bu cür göstrəici şirkət üçün tamamilə yeni rekord göstərici olacaq. Ola bilər ki, bu cür göstərici ilə şirkət Samsung-u geridə qoyaraq yeni liderə çevrilsin. Ren Zhengfei həmçinin qeyd edib ki, Huawei gələcəkdə də ABŞ şirkətləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. “Əgər ABŞ hökuməti həmin şirkətlərə (Intel, Qualcomm, Micron və s) icazə versə, biz əvvəlki kimi onlardan məhsullar alacağıq” - deyə Ren Zhengfei bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər