Huawei şirkəti cihazların kontaktsız şarj texnologiyasının patentini əldə edib (VİDEO)

Huawei şirkəti cihazların kontaktsız şarj texnologiyasının patentini əldə edib (VİDEO)

Texnologiya
16.09.2020 PAYLAŞIM

    Smartfonların naqilsiz şarj prosesini dəstəkləməsi dedikdə onların cərəyan mənbəsinə qoşulmuş xüsusi şarj stansiyasının üzərinə qoyulması nəzərdə tutulur. Lakin Huawei şirkətinin mühəndisləri bu problemin həll yolunu təklif ediblər. Belə ki, şirkətin yeni texnologiyası istənilən cihazın xüsusi şarj stansiyası ilə qarşılıqlı əlaqədə olmadan enerji yığmasını təmin edir. Bu barədə Gizchina saytı xəbər verib.


    Şirkətin patent dokumentasiyasına əsasən bu yeni texnologiyanın iş prinsipi enerjinin lazer şüalanması vasitəsilə ötürülməsinə əsaslanır. Cihazların müəyyən məsafədən şarj olunmaları üçün divarda xüsusi modulun yerləşdirilməsi lazımdır. Həmin modul divarın elə bir nöqtəsində yerləşdirilməlidir ki, ətrafda olan cihazlar onun baxış bucağına düşsünlər. Məsələn, modul tavanın aşağı hissəsinə yerləşdirilə bilər.

    Lazer şüalanmasının insan səhhəti üçün nə dərəcədə zərərli olduğunu başa düşərək Huawei mütəxəssisləri ola biləcək mənfi təsirlərdən qorunmaq üçün istifadəçi gözlərinin təyini texnologiyası üzərində çalışırlar. Məlumata əsasən şirkətin bu yeni texnologiyası hələ rəsmi bir ad əldə etməyib. Huawei şirkətinin bütün dünya üzrə tədqiqat müəssisələri ilə laboratoriyalarının bir hissəsinin bağlanması bu texnologiya üzərində işləri ləngidə bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×