main-post-cover

    Huawei şirkəti daha bir əməliyyat sistemi üzərində çalışır

    Elm & Texnologiya
    02.08.2019
    Farid Pardashunas
        Son bir neçə ay ərzində Huawei şirkətinin HongMeng OS adlı fərdi əməliyyat sistemini hazırlaması məlumatı internetdə geniş yayılıb. Gözləntilərə əsasən həmin əməliyyat sistemi Android-i əvəz edəcəkdi. Lakin sonradan məlum oldu ki, HongMeng OS IoT (Internet of Things) sahəsində olacaq məhsullar üçün nəzərdə tutulub. Lakin indi məlum olub ki, şirkət daha bir əməliyyat sistemi üzərində çalışır. Söhbət, Google şirkətinin Fuchsia adlı yeni məliyyat sistemindən gedir. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        9to5google saytının jurnalistləri müstəqil əməliyyat sistemi kimi fəaiyyət göstərən Gerrit-in daxilində olan Fuchsia OS əməliyyat sisteminin kodunda Huawei əməkdaşının adını və onun, sonu “@huawei.com” kimi bitən mail ünvanını aşkar ediblər. Kiçik istintaq nəticəsində məlum olub ki, həmin şəxs Huawei şirkətinin Hindistan şöbəsi üzrə baş sistem arxitektorudur. O, Qualcoom ilə Google şirkətlərinin birgə iştirak etdikləri layihələrdəki tərtibatçılara rəhbərlik edir.
        Ümumi nəticə olaraq demək olar ki, Huawei şirkəti necəsə Google şirkətinin yeni əməliyyat sistemi üzərində çalışır. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda məlumat ortaya çıxmışdı ki, HUawei şirkəti Fuchsia OS əməliyyat sistemini test edir. Bununla yanaşı bu ilin may ayında keçirilmiş Google I/O 2019 tədbirində Google şirkətinin Android ilə Chrome OS şöbələrindən cavabdeh olan şəxs bildirmişdi ki, Fuchsia OS IoT sahəsindəki məhsullar üçün hazırlanır. Yəni o, HongMeng OS-in analoqudur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər