main-post-cover

    Huawei şirkəti ekran çıxıntısına sahib olmayan nazik çərçivəli smartfon üzərində çalışır

    Elm & Texnologiya
    04.03.2019
    Emil Nəcəfov
        Özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-dən sonra Huawei şirkəti qeyri-adi dizayna sahib daha bir smartfonun təqdimatına hazırlaşır. Belə ki, şirkətin gizli smartfonunun patenti ortaya çıxıb. Bu barədə Letsgodigital saytı xəbər verib. Yeni smartfonun əsas fərqləndirici özəlliyi onun heç bir çıxıntı hisssəyə sahib olmamasıdır. Bundan əlavə olaraq o, nazik çərçivələrə sahib ekranla təchiz olunacaq. Ortaya çıxmış patentdə əks olunmuş smartfon öz ekranının ətrafında olan nazik çərçivələr ilə fərqlənir. Ön kameranın ekran yuxarısında yerləşməsi dizaynından imtina edərək nazik çərçivə dizaynına nail olunub. Patentdəki smartfon slayder formatında hazırlanıb. Bu isə o deməkdir ki, cihazın ön kamerası smartfona Mi Mix 3 modelindəki kimi yerləşdiriləcək.

        Smartfonun daha bir özəlliklərindən biri də onun ikili arxa və ön kameraya sahib olmasıdır. Fotolardan da görmək olar ki, smartfonun arxa panelində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, o, smartfon ekranına inteqrasiya ediləcək. Bu patentin məhz smartfon dizaynına aid olması səbəbilə onun texniki göstəriciləri barəsində məlumatlar yoxdur. Qeyd etmək lazımdır ki, Huawei şirkəti artıq bu cür smartfon istehsalında təcrübəyə sahibdir. Belə ki, keçən il şirkətin müstəqil brendi olan Honor-un çərçivəsində Magic 2 smartfonu təqdim olunmuşdu və o da slayder formatında hazırlanmışdı. Heç istisna deyil ki, şirkət Honor-dan əlavə Huawei brendi çərçivəsində də bu cür smartfon istehsal etmək istəsin.

    Linki kopyala