main-post-cover

    Huawei şirkəti ekranın altına yerləşdirilmiş ön kamera interfeysinin patentini aldı

    Elm & Texnologiya
    05.07.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə OPPO şirkəti smartfon ekranının alt hissəsinə inteqrasiya edilmiş kamera texnologiyasını sərgiləmişdi. Lakin görünür, Huawei şirkəti də bu cür texnologiya üzərində çalışır. Bu barədə Winfuture saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən Huawei şirkəti Almaniyanın ticarət nişanları və patentləri üzrə agentliyində ekranın alt hissəsinə inteqrasiya edilmiş kamera interfeysinin patentini qeydiyyatdan keçirdib.

        OPPO şirkətinin təqdim etmiş olduğu texnologiyadan fərqli olaraq Huawei şirkətinin patentində ekranın alt hissəsinə yerləşdirilmiş kamera modulu ekranın yuxarı mərkəzində deyil, solunda yerləşir. Fotolardan da görmək olar ki, bunun nəticəsində tərtibatçılar boş qalmış ekran sahəsini necə istifadə edəcəklər. Məsələn smartfona zəng gələn zaman ön kameranın yerləşdiyi zolaqda zəngin gəlmə zamanını əks etdirəcək, kameraya daxil olan zaman isə AI Mode düyməsi rolunda çıxış edəcək.

        Təəssüflər olsun ki, smartfon barəsində hansısa digər bir məlumat yoxdur. Ola bilsin ki, smartfon barəsində hansısa məlumatlar ilin sonunda ortaya çıxsın. Lakin bu cür smartfonun yaxın zamanda təqdim olunacığını gözləməyə ehtiyac yoxdur. Bəzi insayderlərin sözlərinə görə bu cür smartfonlar yalnız gələn il təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər