Huawei şirkəti əyilə bilən smartfonu Samsung'dan tez təqdim edəcək
Elm & Texnologiya
27.07.2018
Farid Pardashunas
Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, Samsung
şirkətinin əyilə bilən Galaxy X modeli gələn ilin əvvəlində təqdim olunacaq.
İndi isə məşhur Nikkei mənbəsinin məlumatına əsasən Huawei şirkəti geri
qalmamağı və ilk əyilə bilən smartfonu Samsung-dan əvvəl təqdim etməyi qərara
alıb. Məlumata əsasən Huawei üçün elastiki OLED ekranları Çinin BOE Technology
Group şirkəti istehsal edəcək. İki şirkət arasındakı müqaviləyə əsasən 30.000 ədəd
elastiki OLED ekran istehsal olunacaq.
Bu isə o deməkdir ki, Huawei tərəfindən təqdim olacaq ilk əyilə bilən smartfon partiyası heç də böyük olmayacaq. Onları ilk
olaraq satışa çıxartmaqda məqsəd isə rəqiblərdən tez davranmaq və jurnalistlər
ilə istifadəçilərin diqqətlərini cəlb etməkdir. Huawei şirkətinin ilk əyilə bilən
smartfonlarının mənfi cəhətləri arasında isə elastiki OLED ekranların aşağı
keyfiyyətdə ola biləcəkləri qeyd olunur. Belə ki, BOE Technology Group şirkətinin
istehsal etdiyi OLED ekranlar Samsung Display və LG Display şirkətlərinin
istehsal edikləri ekranlardan keyfiyyətcə aşağıdırlar. Şirkətin ilk əyilə bilən
smartfonunun təqdimatı gələn ilin ilk rübünə planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ