main-post-cover

    Huawei şirkəti fərdi əməliyyat sisteminin işə salınma tarixi barəsində danışdı

    Elm & Texnologiya
    22.05.2019
    Farid Pardashunas
        Fərdi əməlyyat sisteminə keçidə hazırlıq məlumatından sonra Huawei şirkəti öz əməliyyat sisteminin istifadəyə veriləcəyi tarix barəsində danışdı. Bu barədə Finance.sina.com.cn saytına istinadən 4pda saytı xəbər verib. Məlumata əsasən şirkətin fərdi əməliyyat sistemi Android-i əvəzləməklə yanaşı həmçinin yüksək performans cəhətdən də onu üstələyəcək.
        Huawei şirkətinin CEO-su Richard Yu, WeChat messencerinin ictimai qrupunda elan edib ki, şirkət öz smartfonları və digər cihazları üçün fərdi əməliyyat sisteminin işə salınmasına hazırdır. Çinin Sina Corp. adlı holdinqinin məlumatlarına əsasən şirkətin əməliyyat sistemi bütün Android və veb tətbiqlərlə uyğunlaşa bilir. Məlumata əsasən Android tətbiqlərinin yeni əməliyyat sisteminə keçid etmələrindən sonra onların performansları 60% yüksələcək.
        Richard Yu onu da qeyd edib ki, şirkətin fərdi əməliyyat sistemi bir çox cihazlar üçün vahid platforma olacaq. Bura smartfonlar, planşetlər, kompüterlər, televizorlar, avtomobillər və hətta ağıllı geyimlər də daxil olacaqlar. Əməliyyat sisteminin işə salınması bu ilin payız fəslindən başlayaraq gələn ilin yaz fəslinə kimi davam edəcək. Bəzi mənbələrin verdikləri məlumata əsasən şirkətin fərdi əməliyyat sistemi açıq kod mənbəli Android (AOSP) versiyasının bir qolu olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər