main-post-cover

    Huawei şirkəti Galaxy Fold dizaynında qatlana bilən smartfonun patentini əldə edib

    Elm & Texnologiya
    30.04.2020
    Emil Nəcəfov
        Huawei şirkəti 2 qatlana bilən smartfon modelinə sahibdir. Söhbət, Mate XMate Xs-dən gedir. Lakin indi şirkət yeni qatlana bilən smartfon üzərində çalışır. Bu barədə Letsgodigital saytı xəbər verib. Beləliklə Huawei şirkəti yeni qatlana bilən smartfon modelinin patentini əldə edərək onun dizayn özəlliklərindən danışıb.
        Şirkətin hal hazırda aktual olan qatlana bilən smartfon modellərindən fərqli olaraq yeni Mate X-in dizaynı Galaxy Fold-un dizaynını xatırladacaq. Smartfon yenə də kitab formasında reallaşdırılıb, lakin qatlanma prosesi daxili istiqamətə edilir. Buna baxmayaraq elastiki ekranın bir hissəsi həmçinin xarici tərəfdə yerləşdirilib. Buna görə də smartfon qatlanmış formada olan zaman da ondan rahatlıqla istifadə etmək mümkündür.
        Smartfonda ön kamera yoxdur. Yalnız əsas kameralar var. Çox güman ki, kamera sensorları arasında periskop kamera da olacaq. Ümumilikdə smartfon 4 kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir. Bu cür smartfonun nəticə etibarilə satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala