main-post-cover

    Huawei şirkəti Google ilə əməkdaşlıq planlarından danışdı

    Elm & Texnologiya
    30.03.2020
    Emil Nəcəfov
        Keçən il ABŞ hökuməti tərəfindən tətbiq edilmiş sanksiyalar səbəbilə Huawei şirkəti öz smartfon modellərində Google servislərinin istifadəsi imkanını itirmişdi. Nəticədə şirkət öz alternativ variantlarını inkişaf etdirməyə başladı. Hətta bu ilin yanvar ayının sonunda şirkət bldirmişdi ki, sanksiyaların ortadan qalxacağı halında da Huawei Google servislərinə geri qayıtmayacaq. İndi isə Huawei şirkətinin mobil şöbəsinin rəhbəri tamamilə fərqli fikirlər səsləndirib.
        Bu barədə Gizmochina saytı xəbər verib. Bir neçə müddət bundan öncə Wired saytına müsahibəsi zamanı Huawei şirkətinin mobil şöbəsinin rəhbəri olan Richard Yu qeyd etmişdi ki, şirkət Google və digər ABŞ şirkətləri ilə əməkdaşlığı bərpa etməyə ümid edir. Onun fikirlərinə əsasən ABŞ hökuməti bu məsələdə güzəştə getməlidir. Belə ki, yerli şirkətlərin Huawei ilə əməkdaşlıqdan mənfəət qazanmaları çox vacibdir.
        “Ümid edirəm ki, biz, ABŞ hökumətindən lisenziya əldə edə biləcəyik. Biz əməkdaşlıq üçün açığıq. Onlar bunu ABŞ şirkətlərinin maraqları naminə etməlidirlər. Mən ümid edirəm ki, onlar bizə lisenziya verəcəklər” - deyə Richard Yu öz müsahibəsi zamanı qeyd edib. O həmçinin bildirib ki, öz müştərilərinə daha çox seçim imkanını vermək üçün Huawei öz smartfonlarında bütün Google servislərindən və Google Play tətbiqlər mağazasından istifadə etmək istəyir. Bununla yanaşı şirkət öz cihazlarında əsas əməliyyat sistemi kimi Android-i istifadə etmək istəyir. 
    Linki kopyala