main-post-cover

    Huawei şirkəti Google Search axtarış servisinin alternativini təqdim etdi

    Elm & Texnologiya
    02.03.2020
    Farid Pardashunas
        Huawei şirkəti Google servisinin daha bir alternativini təqdim etdi. Bu dəfə söhbət, Android cihazlar üçün nəzərdə tutulmuş axtarış servisindən gedir. Yeni axtarış sisteminin testinin startından sonra o, yüklənmək üçün şirkət tərəfindən təqdim edildi. Bu barədə Slashgear saytı xəbər verib. Şirkətin axtarış sistemi Huawei Search adını əldə edib və o təkcə internetdə axtarış nəticələrinin istifadəçiyə təqdim edilməsi üçün nəzərdə tutulmayıb.
        Belə ki, yeni axtarış servisi axtarış sorğularını xəbərlər, fotolar və videolar üzrə kateqoriyalara ayıra bilir. Bununla yanaşı Huawei Search hava proqnozu barəsində məlumatı verir və axtarış nəticələrinə smartfona quraşdırılmış tətbiqləri əlavə etməyə imkan verir. Yeni axtarış servisində həmçinin Dark Mode rejimi də dəstəklənir.
        İstifadəçi isə öz növbəsində Huawei Search-un ayarlarında öz axtarış sorğularının tarixçəsinə baxa və onları deaktiv edə, servisin çalışma səviyyəsi barəsində rəylərini bildirə, öz regionunu və sistem dilini dəyişə və o cümlədən təhlükəsiz axtarış funksiyasını aktivləşdirə bilər. Yeni axtarış servisinin testinə Birləşmiş Ərəb Əmirlikləri regionunda start verilib. Lakin istənilən şəxs servisin APK faylını yükləyərək onu test edə bilər. Qeyd etmək lazımdır ki, söhbət, servisin test versiyasından gedir. Belə ki, Huawei Search-un stabil versiyasının təqdim olunması zamanı onun funksionallığı fərqlənə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər