main-post-cover

    Huawei şirkəti Google servislərini geri qaytara bilər, lakin Donald Trump hələ də düşünür

    Elm & Texnologiya
    12.10.2019
    Farid Pardashunas
        Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini ləğv etmək qərarına gəlib. Lakin yekun qərar barəsində danışmaq hələ tezdir. ABŞ-ın kütləvi informasiya vasitələri öz mənbələrinə istinadən bildiriblər ki, Donald Trump administrasiyası bəzi şirkətlərə lisenziya təqdim etməklə onların Huawei ilə əməkdaşlıqlarına icazə verməyi düşünür. Bu barədə The New York Times saytı xəbər verib. Başqa sözlə desək, bütün sanksiyaların aradan qaldırılması nəzərdə tutulmur.
        Sadəcə olaraq onların bir qədər zəiflədilməsi düşünülür. Bu cür qərar isə öz növbəsində ABŞ ilə Çin arasında olan ticarət gərginliyini aşağı sala bilər. Təəssüflər olsun ki, bu məsələnin hansı şirkətlərə aid ediləcəyi barəsində bir məlumat yoxdur. İlk növbədə hamını maraqlandıran məsələ Huawei şirkətinin yenidən Google lisenziyasını əldə edib-etməyəcəyidir. Yəni şirkət Google servislərini yenidən öz smartfonlarına geri qaytara biləcəkmi?
        Heç şübhəsiz keçən ay təqdim edilmiş Huawei Mate 30 smartfon seriyası çox maraqlıdır. Lakin avropalı istifadəçilər Google servislərinin olmadığı smartfonlara o qədər də diqqət yetirən deyillər. ABŞ hökumətinin Google ilə Huawei arasındakı əməkdaşlığın davam etdirilməsi üçün Google şirkətinə lisenziya təqdim edib-etməyəcəyi barəsində bir məlumat yoxdur. Hələ bir neçə müddət bundan öncə Huawei CEO-su bildirmişdi ki, sanksiayalrın ləğv edilməsi halında şirkət Google servislərini öz smartfonlarına bir gecədə geri qaytaracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər