main-post-cover

    Huawei şirkəti Google servislərini nə ilə əvəz edəcək?

    Elm & Texnologiya
    19.09.2019
    Farid Pardashunas
        Dünən baş tutmuş 2 saatlıq təqdimatdan sonra Huawei şirkəti vacib məlumatı səsləndirdi. Belə ki, yeni smartfonlar Google servislərini əldə etməyəcəklər. Lakin şirkət artıq onların alternativlərini təqdim etməyə hazırdır. Bu barədə 4pda saytı xəbər verib. “Biz, Google Mobile Services (GMS) nüvəsindən istifadə edə bilmərik. Lakin bizim Huawei Mobile Services-mız var (HMS). ABŞ hökumətinin qadağası səbəbilə biz bugünki smartfonlarımıza Google servislərini quraşdıra bilmərik. Nəticədə isə biz App Gallery online mağazasına sahib HMS nüvəsindən istifadə etmək məcburiyyətində qaldıq” - deyə şirkətin istehlakçı biznesinin rəhbəri Richard Yu təqdimat zamanı qeyd etmişdi.
        Smartfon və digər cihaz istehsalçıları yalnız Google şirkətinin lisenziyasını əldə edəndən sonra onun servislərindən istifadə edə bilərlər. Lakin Huawei şirkətinə qarşı olan ABŞ sanksiyaları səbəbilə Google şirkəti Huawei-yə Mate 30Mate 30 Pro modelləri üçün lisenziya verməyib. Buna görə də Huawei öz smartfonlarında Google şirkətinin servis və tətbiqlərini quraşdıra bilmir. Google Play-in yerinə Huawei smartfonlarında App Gallery adlı tətbiqlər mağazası fəaliyyət göstərəcək. Google servisləri isə Huawei şirkətinin təqdim etdiyi alternativ variantlarla əvəz olunacaq. Hal hazırda Huawei Mobile Services 45000 ədəd tətbiqi dəstəkləyir. Şirkət kənar tərtibatçıların cəlb olunması və HMS-ın inkişaf etdirilməsi üçün 1 milyard dollar investisiya yatırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər