
Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sistemli kompüter üzərində çalışır
Elm & Texnologiya
04.05.2020
Keçən il Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etmişdi. İndi isə şirkət onun tətbiq sahəsini genişləndirir. Bu barədə Huaweicentral saytı xəbər verib. Çindən olan insayderlər xəbər veriblər ki, Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sisteminə və ARM arxitekturası əsasında hazırlanmış Kunpeng adlı prosessora sahib stolüstü kompüter üzərində çalışır. Bu heç də təəccüblü deyil. Belə ki, hələ daha öncədən şirkət söz vermişdi ki, sözügedən əməliyyat sistemi kompüterlərdə, smart saatlarda, fitnes qolbaqlarda, avtomobillərdə və s. məhsullarda çalışa bilər.
Məlumata əsasən şirkət bu məsələdə Çin bazarından başlayacaq. Çinin bir sıra şəhər və regionu kompüter sahəsi üçün komponent istehsalı zəncirlərinin reallaşdırılması məsələsində Huawei ilə əməkdaşlıq edir. Bu isə öz növbəsində Huawei şirkətinə ilk növbədə Çin bazarındakı mövqelərini gücləndirməyə yardımçı olmalıdır. Bundan əlavə olaraq şirkət öz əməliyyat sisteminin 2.0 versiyasını bu il təqdim etməyi planlaşdırır. Bunun dəqiq olaraq nə zaman baş verəcəyi bilinmir. Ola bilər ki, təqdimat avqust ayında keçiriləcək HDC20 tədbirində baş tutsun.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...