
Huawei şirkəti IFA 2019 sərgisində iştirak edəcək
Elm & Texnologiya
20.08.2019
Emil
Huawei şirkəti 6-11 sentyabr tarixlərində Berlində keçiriləcək IFA 2019 sərgisində iştirakını təsdiqləyib. Sözügedən sərgi çərçivəsində şirkətin təqdimat tədbiri 6 sentyabr tarixində baş tutacaq. Bu münasibətlə şirkətin təqdim etdiyi reklam tizerində “Rething Evolution” cümləsi (Təkamülü yenidən kəşf et) əks olunub. Bununla yanaşı şirkət öz Twitter hesabında belə bir tweet paylaşıb: “Sizin təsəvvürünüzə əsasən 5G bizim ünsiyyətimizi necə dəyişir?”.
Məlumata əsasən bütün bunlar tədbirdə Kirin 990 prosessorunun təqdimatına işarə edir. Məhz həmin prosessor vasitəsilə Mate 30 ilə Mate 30 Pro smartfon modelləri çalışacaqlar. Qeyd etmək lazımdır ki, məlumatlara əsasən həmin smartfonların təqdimatları isə 19 sentyabr tarixində baş tutacaq. Heç şübhəsiz Kirin 990 prosessoru şirkətin Balong 5000 adlı 5G çipini əldə edəcək. Bununla yanaşı IFA 2019 sərgisi çərçivəsində şirkətin 5G, AR və VR cihazlar, HarmonyOS əməliyyat sistemi və qatlana bilən Mate X smartfonu barəsində məlumatlar verəcəyi də gözlənilir.
Paylaş
Bənzər xəbərlər