Huawei şirkəti Mate 30 smartfon seriyasını artıq gələn ay təqdim edə bilər
Elm & Texnologiya
09.08.2019
Farid Pardashunas
Keçən il Huawei şirkəti özünün Mate 20 flaqman smartfon seriyasını oktyabr ayının ortasında təqdim etmişdi. Lakin bu il Mate 30 seriyasının təqdimatı bir qədər tez baş verə bilər. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, hindistanlı insayder Sudhanshu Ambhore-nin sözlərinə əsasən Mate 30 smartfon seriyası gələn ay təqdim olunacaq. İnsayder dəqiq tarix verməsə də güman olunur ki, bu smartfon seriyası 14-20 sentyabr tarixləri arasında təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, yeni Mate 30 seriyasına ənənəvi olaraq 3 smartfon modeli daxil olacaq: Mate 30, Mate 30 Pro və Mate 30 Lite. Mate 30 Lite modelinin Çin bazarı üçün olan versiyası (Nova 5i Pro) artıq bir neçə müddət bundan öncə təqdim edilmişdi. Buna görə də onun barəsində hər şey məlumdur. Sadəcə olaraq smartfonun qlobal versiyasının anonsunu gözləmək lazımdır. Lakin yerdə qalan Mate 30 və Mate 30 Pro barəsində heç də hər şey məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ