main-post-cover

    Huawei şirkəti mobil cihazlar üçün özünün əməliyyat sistemini hazırlayır

    Elm & Texnologiya
    01.12.2018
    Farid Pardashunas
        Huawei şirkətinin öz əməliyyat sistemi üzərində çalışması xəbərləri uzun illərdir ki, internetdə müzakirə olunur. Lakin bu məlumatın həqiqət olması yalnız indi təsdiqlənib. Belə ki, şirkətin mobil şöbəsinin vitse-prezidenti Bruce Lee təsdiqləyib ki, şirkət həqiqətən də öz əməliyyat sistemi üzərində çalışır. Lakin buna baxmayaraq o, əməliyyat sistemi barəsində heç bir məlumat verməyib. O bildirib ki, şirkətin əməliyyat sistemininin hazırlanması lazımi temp ilə davam edir.
        Bir sıra məlumatlara əsasən şirkətin əməliyyat sistemi Huawei Kirin OS adlanacaq. Qeyd etmək lazımdır ki, şirkətin öz mobil cihazlarında istifadə etdiyi prosessor da məhz Kirin adlanır. Bununla yanaşı bir sıra şayiələrə əsasən şirkətin əməliyyat sistemi Linux əsasında hazırlanır. Əməliyyat sisteminin nə zaman işıq üzü görəcəyi barəsində Bruce Lee heç bir məlumat verməsə də bildirib ki, onun üzərində iş 2012-ci ildən bəri gedir. Qeyd etmək lazımdır ki, əməliyyat sisteminin anonsunu bu ilin yay fəslində gözləyirdilər. Lakin görünür, şirkətin planları dəyişdi. Çox güman ki, şirkətin öz əməliyyat sistemi hazır olandan sonra o, Android-dən imtina edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər