main-post-cover

    Huawei şirkəti Nova 4 adlı smartfon modelini təqdim etdi

    Elm & Texnologiya
    17.12.2018
    Farid Pardashunas
        Huawei şirkəti Nova 4 adlı smartfonunu təqdim etdi. Bu smartfon şirkətin ilk cihazıdır ki, ekran üzərində kamera üçün dairəvi hissəyə sahibdir. Qeyd etmək lazımdır ki, ekran üzərində kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə ənənəvi çıxıntı hissələri əvəzləyəcək. Beləliklə Huawei Nova 4 2310x1080 piksel keyfiyyətli 6.41 düym ekrana sahibdir. Ekran smartfonun ön panelinin 91.8% hissəsini əhatə edir. Şirkət təmsilçiləri əsasən ekranın yuxarı hissəsində yerləşdirilmiş maksimal nazik çərçivəni diqqətə yetiriblər. Həmin nazik çərçivədə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər var.

    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 970 prosessoru, GPU Turbo texnologiyalı GPU Mali-G72 qrafik sürətləndirici, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli) və sürətli enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa panelində barmaq izi skanı texnologiyası və üçlü kamera yerləşdirilib.

        Modeldən fərqli olaraq kamera göstəriciləri fərqlənir. Belə ki, baza modelində 20 MP (f/2.2 diafraqmalı) + 16 MP (f/2.2 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) arxa kameralar yerləşdiyi halda, daha təkmilləşdirilmiş modeldə 20 MP-lik modul 48 MP-lik kamera modulu ilə əvəz edilib. Hər iki modeldə ön kamera 25 MP-likdir. Smartfon EMUI 9 nterfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə adi versiya 449$-a, 48 MP-lik kamera moduluna sahib versiya isə 492$-a satılacaq. Huawei Nova 4 27 dekabr tarixində Çində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər