Huawei şirkəti openEuler adlı ikinci əməliyyat sistemini təqdim etdi

Huawei şirkəti openEuler adlı ikinci əməliyyat sistemini təqdim etdi

Texnologiya
11.01.2020 PAYLAŞIM

    Bir çox istifadəçilərin Huawei şirkətinin fərdi əməliyyat sistemi olan HarmonyOS əməliyyat sisteminin bütün dünyada istifadəyə verilməsini gözlədikləri bir vaxtda Huawei heç gözlənilmədən özünün tamamilə yeni open source əməliyyat sistemini təqdim etdi. Şirkətin ikinci əməliyyat sistemi openEuler adlanır. Məlumata əsasən bu Linux distributivi potensial olaraq Android-i və Windows-u əvəz edə bilər. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən sözügedən layihənin reallaşdırılmasına 17 sentyabr 2019-cu il tarixində start verilib.


    Sözügedən əməliyyat sistemi personal kompüter prosessorları (x86) və mobil ARM64 cihazlar üzrə optimizasiya edilmiş Linux CentOS əsasında hazırlanıb və EulerOS-in açıq mənbəli koda sahib variantı qismində çıxış edir. Beləliklə bu əməliyyat sistemi potensial olaraq Android-i və Windows-u əvəz edə bilər. Huawei şirkətinin verdiyi məlumata əsasən hal hazırda bu əməliyyat sisteminin icmasında 50-dən çox iştirakçı və 20-ə yaxın SIG (layihələr qrupu) var. openEuler özündə 2 versiyaya sahib (həm ARM həm də X86 prosessorları üçün) 100-dən çox proqram paketini birləşdirir. Əməliyyat sisteminin 2 ən perspektivli istiqamətlərindən iSulad A-Tune layihələri adlandırılır.

    iSulad, gRPC xidməti əsasında konteynerlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sadələşdirilmiş mühitdir. Məlumatda qeyd edilib ki, runc ilə müqayisədə iSulad layihəsi C proqramlaşdırma dilində yazılıb, lakin bütün interfeyslər OCI ilə uyğunlaşırlar. A-Tune isə AI mühərrikli bir sıra ssenarilər üzrə sistemin avtomatik optimizasiyası üçün nəzərdə tutulmuş proqram təminatıdır. Hal hazırda openEuler haqqında məlumat çox azdır. Bundan əlavə olaraq openEuler 1.0-in ISO versiyası artıq aktivdir və o, ARM64 arxitekturası əsasında hazırlanmış sistemlər ilə uyğunlaşır. Huawei şirkəti sözügedən əməliyyat sistemi üzrə planlarını hələ açıqlamayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..


Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb.

×