main-post-cover

    Huawei şirkəti orta büdcəli Honor 7A-nı təqdim etdi

    Elm & Texnologiya
    02.04.2018
    Farid Pardashunas
        Əvvəlcədən də söz verildiyi kimi Huawei şirkəti Honor 7A adlı orta büdcəli smartfonunu təqdim etdi. Beləliklə Honor 7A 18:9 nisbətli 1440x720 piksel keyfiyyətli 5.7 inç  HD+ ekran, Snapdragon 430 prosessoru, 2/3 GB RAM, 32 GB daxili yaddaş, 13 + 2 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq smartfon 2 SIM kart girişinə, arxa paneldən barmaq izi skanı texnologiyasına və ön tərəfdən istifadəçi üzünün skan texnologiyasına sahibdir.

        Honor 7A EMUI 8.0 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Çin bazarında yeni smartfon artıq sabahdan satışa çıxacaq. 2 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 126$-a, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya isə 158$-a satılacaq. Smartfonun digər regionlarda nə zaman satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur. Sözügedən smartfon öz göstəricilərinə görə Xiaomi Redmi 5, Huawei Enjoy 8, Vivo V7Oppo A83 modelləri ilə rahatlıqla rəqabət apara biləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər