main-post-cover

    Huawei şirkəti öz əməliyyat sistemi üçün yeni maraqlı ad fikirləşib

    Elm & Texnologiya
    15.07.2019
    Farid Pardashunas
        Huawei şirkəti öz əməliyyat sistemi üzərində çalışmağa davam edir. Lakin şirkətin fərdi əməliyyat sisteminin dəqiq adı və çıxış tarixi barəsində heç bir məlumat yoxdur. Bəzi mənbələr şirkətin əməliyyat sisteminin mümkün ola biləcək adlarını açıqlamışdılar: HongMeng OS, Ark OSOak OS. İndi isə şirkət öz əməliyyat sistemi üçün daha yaxşı ad fikirləşib.

        Belə ki, 12 iyul tarixində Huawei şirkəti EUIPO-da (Avropa Birliyinin intellektual mülkiyyət agentliyi) Harmony adlı ticarət nişanını qeydiyyatdan keçirdib. Bu barədə Letsgodigital saytına istinadən Gagadget saytı xəbər verib. Qeydiyyatdan keçirilmiş ticarət nişanı öz təsvirinə görə 9-cu səviyyəyə aid edilib Bu səviyyədə qeydiyyatdan keçirilmiş ticarət nişanları mobil əməliyyat sistemləri, kompüter əməliyyat sistemləri və əməliyyat sisteminin yüklənə bilən tətbiqləri siyahısına aid edilirlər.
        Ola bilər ki, şirkətin əməliyyat sistemi Çində HongMeng OS, Avropada isə Harmony adlandırılsın. Qeyd etmək lazımdır ki, yeni əməliyyat sistemi smartfonlarda, planşetlərdə, kompüterlərdə, IoT əşyalarda və s. yerlərdə çalışacaq. Şirkət söz verib ki, yeni əməliyyat sistemi Android iOS-dən daha sürətli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər