main-post-cover

    Huawei şirkəti öz flaqman smartfonlarının adlarını dəyişə bilər

    Elm & Texnologiya
    05.08.2019
    Emil Nəcəfov
        Görünür, Huawei şirkəti özünün P flaqman seriyasının adında bəzi dəyişikliklər etməyi qərara alıb. Belə ki, şirkət İngiltərənin intellektual mülkiyyət üzrə agentliyində 3 yeni ticarət nişanını qeydiyyatdan keçirdib: P300, P400 P500. Qeydiyyatdan keçirilmiş bu ticarət nişanları 9-cu səviyyəli məhsullara (smartfon, planşet) aid edilir. Bu barədə Letsgodigital saytına istinadən Gagadget saytı xəbər verib.
        Qeyd etmək lazımdır ki, hal hazırda şirkət P10, P20 P30 flaqman smartfon modellərinə sahibdir. Heç istisna deyil ki, gələn il biz P40 deyil P400 adlı smartfon modelini görək. Lakin belə bir ehtimal da var ki, yenicə qeydiyyatdan keçmiş ticarət nişanlarını əhatə edəcək məhsullar artıq məlum olan smartfonları əvəz etmək əvəzinə P seriyasını genişləndirəcəklər.

        Qeyd etmək lazımdır ki, qeydiyyat sorğusunu Forresters şirkəti göndərib. Bu şirkət isə dəfələrlə Huawei şirkəti adından çıxış edib. Bir neçə gün bundan öncə bu şirkət həmçinin Huawei AirGlassSuperSensing adlı ticarət nişanlarını da qeydiyyatdan keçirtmişdi. Çox güman ki, bu ticarət nişanları payız fəslində təqdim olunacaq Mate 30 smartfon seriyasına aiddirlər. Güman olunur ki, SuperSensing texnologiyası smartfon kamerası ilə, AirGlass texnologiyası isə ekran üzəri üçün qoruyucu şüşə ilə əlaqəlidir.
    Linki kopyala