main-post-cover

    Huawei şirkəti özünün Map Kit adlı Google Maps analoqunu istifadəyə verəcək

    Elm & Texnologiya
    14.08.2019
    Farid Pardashunas
        Apple Microsoft da daxil olmaqla bir çox texnoloji şirkətlər özlərinin kartoqrafik servislərinə sahibdirlər. Lakin bu sahədə öz liderliyni Google şirkətinin Google Maps servisi qoruyub saxlayır. Buna baxmayaraq Huawei şirkəti bunu dəyişmək qərarına gəlib. Belə ki, o, Yandex şirkəti ilə birlikdə bu ilin payız fəslində Google Maps servisinin analoqunu istifadəyə verəcək. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib.
        Map Kit adlı yeni servis Rusiyanın Yandex və ABŞ-ın Booking Holdings şirkətləri ilə birlikdə əməkdaşlıq çərçivəsində inkişaf etdiriləcək. Map Kit yerli kartoqrafik xidmətlərə qoşulacaq və 150 ölkəni əhatə edərək 40 dili dəstəkləyəcək. Öz istifadəçilərinin peyk üzrə yerinin dəqiq təyin edilməsi üçün Huawei şirkəti hətta bəzi ölkələrdə sahib olduğu telekommunikasiya baza stansiyalarından da istifadə edə bilər. Map Kit servisi isə öz növbəsində real zaman ərzində avtomobil yollarındakı trafikləri, naviqasiya sistemini və artırılmış reallığı təqdm edəcək.
        Huawei təmsilçilərinin məlumatlarına əsasən kartoqrafik servislər vasitəsilə geolokasiya funksiyasından mobil tətbiqlərin 50%-dən çoxu istifadə edir. Map Kit bu ilin oktyabr ayında təqdim olunacaq. Gələcəkdə şirkət tərtibatçılar üçün digər tərtibatçılıq alətlərini də təqdim edəcək. Hal hazırki siyahıya isə Site Kit, Location Kit, Drive Kit, Scan Kit və şirkətin ekosisteminə daxil olacaq müxtəlif servislərin yaradılması üçün digər API-lar daxildirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər