main-post-cover

    Huawei şirkəti P30 flaqman smartfonu üçün Kirin 985 prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    24.12.2018
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə Huawei şirkəti özünün Kirin 980 adlı flaqman prosessorunu təqdim etmişdi. Həmin prosessoru lk öncə Mate 20Mate 20 Pro smartfon modelləri əldə etmişdilər. Lakin indi məlum olub ki, şirkət yaxın zamanda öz yeni prosessorunu təqdim edəcək. XDA Developers saytının redaktorunun sözlərinə əsasən şirkət Kirin 985 prosessoru üzərində çalışır.
        Şirkət 2016-cı ildə artıq belə bir adlandırmadan istifadə etmişdi. Belə ki, həmin ildə o, Kirin 955 prosessorunu təqdim etmişdi və həmin prosessoru P9 smartfonu əldə etmişdi. Prosessorun sonundakı 5 rəqəmi onu bildirirdi ki, Kirin 955 prosessoru əvvəlki modeldən o qədər də çox fərqlənmir. Çox güman ki, Kirin 985 prosessoru ilə də bu cür olacaq. Kirin 980-dən fərqli olaraq yeni prosessorun çalışma tezliyi və enerji effektivliyi yüksələ bilər.
        Bundan əlavə olaraq o, 5G texnologiyasını da dəstəkləyəcək. Bununla da yeni prosessorun üstünlükləri bitir. Güman olunur ki, Kirin 985 prosessorunu ilk əldə edəcək smartfon modeli P30 olacaq. Bundan əlavə olaraq yeni prosessor həmçinin əyilə bilən smartfonlar üçün də nəzərdə tutulacaq. Çox güman ki, Kirin 985 prosessoru P30 smartfon modeli ilə eyni zamanda təqdim olunacaq. Bunun isə gələn ilin fevral ayında keçiriləcək MWC 2019 sərgisində baş tutacağı güman edilir.
    Linki kopyala