main-post-cover

    Huawei şirkəti P30 smartfon seriyası ilə birlikdə yeni Watch GT smart saatlarını təqdim edəcək

    Elm & Texnologiya
    11.03.2019
    Farid Pardashunas
        Keçən ilin oktyabr ayında Huawei şirkəti özünün Watch GT adlı smart saat modelini təqdim etmişdi. Məşhur insayder Roland Quandt-ın verdiyi məlumata əsasən isə yaxın zamanda sözügedən smart saat modelinin yeni versiyaları təqdim olunacaq. Bu barədə Winfuture saytı xəbər verib. Məlumata əsasən yeni smart saat modelləri Huawei Watch GT ActiveWatch GT Elegant adlanırlar. Active modelinin render fotosu artıq mövcuddur.
        Xarici görünüşcə yeni smart saat modelləri adi Watch GT-ə bənzəyirlər. Sadəcə olaraq Active modelinin kəmərləri yaşıl və narıncı rənglərdə olacaqlar. Elegant modeli isə klassik olaraq qara və ağ rəngdə kəmərlər ilə satılacaq. Çox güman ki, dəyişikliklər həmçinin yeni smart saat modellərinin texniki özəlliklərini də əhatə edəcəklər. Çox güman ki, saatlar elə həminki 454x454 piksel keyfiyyətli 1.39 düym AMOLED ekranla təchiz olunacaqlar. Bununla yanaşı onlarda Lite OS əməliyyat sisteminin də qalacağı güman edilir.

        Həmçinin şirkət yeni modellərə həm də yeni ötürücülər və funksiyalar əlavə edəcək. Yeni saat modelləri adi Watch GT-dən bir qədər baha satılacaqlar. Belə ki, Active modeli 249 avro dəyərində, Elegant modeli isə 229 avro dəyərində qiymətləndirilir. Qeyd etmək lazımdır ki, keçən ilin oktyabr ayında təqdim olunmuş adi Watch GT modeli 199 avro qiymətində satılırdı. Çox güman ki, yeni smart saat modelləri 26 mart tarixində Huawei P30P30 Pro smartfon modelləri ilə birlikdə təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər