main-post-cover

    Huawei şirkəti qatlana bilən Mate X'in satış tarixini və qiymətini elan etdi

    Elm & Texnologiya
    23.10.2019
    Farid Pardashunas
        Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli Mate X-i hələ bu ilin fevral ayında təqdim etmişdi. Lakin şirkət sözügedən smartfonun satışa çıxarılması məsələsində tələsmirdi. Belə ki, Samsung şirkətinin Galaxy Fold modeli ilə yaşadığı problemlərdən sonra Huawei öz qatlana bilən smartfon modelini daha da təkmilləşdirmək istədi. Beləliklə 8 aydan sonra şirkət sonunda Mate X-in satış tarixini və qiymətini açıqladı.
        Bu barədə Huaweicentral saytı xəbər verib. Mate X smartfonu iki versiyada satılacaq. Birinci model keçən ilki Kirin 980 prossessoru ilə təchiz olunub və özündə Balong 5000 adlı 5G modemi birləşdirir. Həmin Mate X modeli 15 noyabr tarixində 2400$ qiymətində satışa çıxacaq. İkinci model isə Kirin 990 prosessorunu əldə edib. İkinci modelin adı Mate Xs-dir və o, 2020-ci ilin mart ayında satşa çıxacaq. Şirkət Mate Xs-in qiymətini açıqlamayıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər