main-post-cover

    Huawei şirkəti qatlana bilən Mate X'in satışını yenidən təxirə saldı

    Elm & Texnologiya
    15.08.2019
    Emil Nəcəfov
        Huawei şirkəti qatlana bilən Mate X smartfon modelinin satışını yenidən təxirə saldı. Şirkətin mətbuat xidməti bildirib ki, smartfon bu ilin sonuna kimi satışa çıxacaq və onun yenilənmiş versiyası barəsində bəzi məlumatları verib. Bu barədə Techradar saytına istinadən 4pda saytı xəbər verib. Şirkətin verdiyi məlumata əsasən smartfon noyabr ayında satışa çıxacaq. Bu qədər vaxt istifadəçilərin gözləntilərini kompensasiya etmək üçün şirkət bildirib ki, gələn il Mate X-in yeni versiyası təqdim olunacaq və o, əlavə ekranlara sahib olacaq.
        Güman olunur ki, əlavə ekranlar smartfonun xarici hissəsinə yerləşdiriləcək. Qeyd etmək lazımdır ki, satışa çıxacaq Mate X-in dizaynı bu ilin əvvəlində təqdim olunmuş modeldən bir qədər fərqlənir. Belə ki, yenilənmiş model daha təkmilləşdirilmiş Falcon Hinge adlı ekran qatlanması mexanizmini və ekran bloklanması üçün nəzərdə tutulmuş daha nazik düymələri əldə edib. Şirkət təmsilçiləri həmçinin smartfonun ilkin özəlliklərindən də danışıblar. Nəticədə həmin özəlliklər uğursuz hesab olunublar.
        Əsasən şirkət smartfondakı polad karkasın alüminium karkas ilə əvəz olunmasından imtina edib. Belə ki, alüminium karkas çoxlu sayda qatlanmalara dözümsüz olub. Həmçinin ilk öncədən perspektiv hesab edilmiş ideyalar da reallaşdırılmayıb. Məsələn arxa panel üçün şüşə materialdan hazırlanmış örtük və rulon kimi fırlanan ekran formatı. Mate X-in final versiyasında plastik materialdan hazırlanmış örtüyə sahib qatlana bilən ekrandan istifadə olunacaq. Belə ki, bazarda hələ sözün əsl mənasında qatlana bilən şüşə material yoxdur.
    Linki kopyala