main-post-cover

    Huawei şirkəti Qualcomm çiplərindən imtina etmək niyyətində deyil

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        Huawei şirkətinin yaradıcısı və CEO-su Ren Zhengfei şirkət ilə ABŞ hökuməti arasındakı münasibətlərə rəy bildirib. O, Qualcomm Intel şirkətləri ilə gələcəkdəki əməkdaşlıq planlarından və həmin şirkətlərdən alınacaq çiplərdən danışıb. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        Ren Zhengfei-nin sözələrinə əsasən baxmayaraq ki, Huawei şirkəti özünün Kirin adlı prosessorlarını istehsal edir, o yenə də Qualcomm-dan çipləri almağa davam edəcək. Məsələ burasındadır ki, şirkət öz prosessor istehsalına yenicə start verib və bu sahədə liderlik hələ də Qualcomm ilə Intel şirkətlərindədir. Keçən il Huawei şirkəti Qualcomm-dan 50 milyon ədəd Snapdragon prosessoru almışdı. Həmin prossessorlar isə orta büdcəli smartfon modelləri ilə Matebook E noutbuk modellərinin istehsalında istifadə olunmuşdular.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər