
"Huawei" şirkəti telefonların partlamasının qarşısını alacaq batareyalar istehsal edəcək
Elm & Texnologiya
07.05.2017
Farid
Ağıllı telefonlar nə qədər həyatımızı asanlaşdırsa da bir çox tanınmış telefon modellərinin tez-tez partlaması istifadəçiləri narahat edən mövzulardan biridir. Amma artıq bu problem də öz həllini tapa bilər. Problemin Huawei şirkətinin istehsalı olan batareyalar sayəsində ortadan qalxması gözlənilir.
Belə ki, Samsung Galaxy Note 7 və bəzi digər
tanınmış ağıllı telefonlarla bağlı yaranan problemlər gələcəkdə bir dəfəlik
ortadan qalxa bilər. Huawei şirkəti yeni istiyə davamlı batareyalar istehsal
etmək niyyətindədir. Bildiyiniz kimi bir çox telefonların partlama səbəbi məhz
onların batareyasının həddən artıq qızması ilə əlaqələndirir. Bu vəziyyəti aradan
qaldırmaq üçün Çinin nəhəng telefon istehsalçılarından olan Huawei şirkəti
batareyaları istiyə davamlı hala gətirəcək texnologiya üzərində işlər aparır.
Şirkət yeni texnologiyasında mövcud litium batareyalarını istifadə edəcək, amma
bu batareyaları qrafenlə dəstəkləyərək onları daha davamlı hala gətirəcək. Belə
olduqda isə batareyalar daha davamlı olacaqlar.
Bu batareyaların həyatımıza nə zaman daxil
olacağı məlum deyil. Amma şirkət dekabr ayında yeni batareyaları haqda daha
detallı məlumat paylaşacaq. Batareyaların istifadəçilərə gələn il təqdim
olunması gözlənilir.
Paylaş
Bənzər xəbərlər