
Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir
Elm & Texnologiya
08.08.2020
Nijat
Huawei şirkəti bir çox ekosistem daxilində zirvəyə oturan bir şirkət halına gəldi. Bir çox cihaza malik olan şirkətin girmədiyi nadir bazarlardan biri də Desktop (stolüstü) kompüter bazarıdır. Lakin Weibo platformunda sızdırılan məlumatlara görə şirkətin bu bazar üçün də xüsusi planları var. Weibo istifadəçisinin sızdırdığı məlumata görə şirkətin yeni kompüterləri dövlət işləri və korporativ məqsədlər üçün istifadəyə veriləcək.
Huawei-in Desktop kompüteri 24 nüvəli Kunpeng prosessorunu istifadə edəcək.

Performans testlərinə görə isə 24 nüvəli Kunpeng prosessoru Intel Core i9-9900K prosessorunu çox nüvəli (multi core) testlərdə qabaqlayır. Lakin tək nüvəli testlərdə nəticənin necə olduğu paylaşılmayıb. Təxminlərə görə isə bu kompüterin satış qiyməti 7.500 Yuan (1076 dollar) olacaq. Qeyd edək ki, bu qiymət ciddi dərəcədə çoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
