main-post-cover

    Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi barədə bəzi məlumatlar verildi

    Elm & Texnologiya
    10.08.2019
    Farid Pardashunas
        Dünən Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etmişdi. Təqdimat tədbiri çərçivəsində şirkt yeni əməliyyat sisteminin bəzi özəllikləri və onun dəstəkləyəcəyi cihazlar barəsində məlumat vermişdi. İndi isə şirkətin general direktoru Richard Yu jurnalistlər ilə müsahibəsi zamanı yeni əməliyyat sisteminin daha bir özəlliyindən və onun adının dəyişməsindən danışıb. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        Dünənki tədqimat zamanı Richard Yu bildirmişdi ki, yeni əməliyyat sisteminin əsas üstünlüklərindən biri də cihazların bu yeni ekosistemə rahat keçid edə bilmələridir. Daha sonra o qeyd etmişdi ki, bütün Huawei smartfonlarının Android-dən yeni əməliyyat sisteminə keçid etmələri üçün 2 gün vaxt lazım olacaq. Richard Yu-nun sözlərinə əsasən HarmonyOS-in hazırlanmasında 4000-ə yaxın insan iştirak edib. Bu qədər insanın işə cəlb olunması nəticəsində əməliyyat sisteminin tez bir zamanda hazırlanaraq onu istehlakçılara çatdırmaq mümkün oldu. O həmçinin qeyd edib ki, HarmonyOS artıq smartfonlarda kommersiya məqsədli testdən keçib.
        Bu yeni əməliyyat sistemi digər növ cihazlar üçün də nəzərdə tutulub: Planşetlər, smart saatlar, ağıllı səsgücləndiricilər, ağıllı ev cihazları və avtomobillərdə olan kompüterlər. Richard Yu həmçinin yeni əməliyyat sisteminin nəyə görə bu cür adı əldə etdiyni də başa salıb. Belə ki, yeni əməliyyat sisteminin HongMeng OS adlanacağı güman edilirdi. Lakin şirkət son anda onun adını dəyişdi. Əsas səbəb kimi isə Çindən kənarda olan bazarlar idi. Belə ki, şirkət istəyir ki, Çindən kənarda yeni əməliyyat sisteminin adının tələffüzü zamanı çətinlik yaranmasın. Qeyd etmək lazımdır ki, HarmonyOS əməliyyat sistemini əldə edəcək ilk cihaz isə Honor Vision Smart TV televizoru olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər