main-post-cover

    Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdim olunub

    Elm & Texnologiya
    14.07.2020
    Farid Pardashunas
        Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlikdə HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışan ilk elektromobili təqdim edib. Qeyd etmək lazımdır ki, bu həmçinin Google Android Auto Apple CarPlay platformalarının daha təkmilləşdirilmiş versiyası olan Huawei HiCar-ı əldə etmiş ilk avtomobildir. Bu barədə Gizmochina saytı xəbər verib. Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışan ilk elektromobil modeli BYD Han olub.
        Sözügedən elektromobil HarmonyOS ilə çalışmaqla yanaşı həmçinin 5G texnologiyasını da dəstəkləyir. Avtomobilin multimedia konsolu vasitəsilə bir sıra tətbiqlərdən istifadə imkanını verən Google Android Auto və Apple CarPlay platformalarından fərqli olaraq Huawei HiCar avtomobilin funksiyalarını smartfon vasitəsilə uzaqdan idarə etməyə imkan verir. Məsələn smartfon vasitəsilə avtomobilin qapılarını aktiv və ya deaktiv etmək, şüşələrini hərəkət etdirmək, avtomobil salonundakı temperaturu idarə etmək olar.
        Gələcəkdə HiCar platforması 30-dan çox avtomobil brendinin 120-dən çox avtomobil modelində reallaşdırılacaq. Bununla yanaşı Huawei şirkəti sözügedən elektromobil münasibətilə P40 smartfon modelinin xüsusi versiyasını təqdim edib. Smartfonun arxa panelində BYD Han əks olunub. Onun sistemində isə bu elektromobildən istifadə üçün nəzərdə tutulmuş bir sıra tətbiqlər mövcuddur. Elektromobilin və xüsusi versiyalı P40 smartfonunun qiymətləri barəsində bir məlumat verilməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər