main-post-cover

    Huawei şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxdı

    Elm & Texnologiya
    22.11.2018
    Orxan Jafarli
        Huawei Samsung şirkətləri özlərinin ilk əyilə bilən smartfon modelləri üzərində aktiv şəkildə çalışırlar. İndi isə internetdə Huawei şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxıb. Android Headlines saytının verdiyi məlumata görə şirkətin əyilə bilən smartfon modeli Mate brendi adı altında satışa çıxacaq. Hal hazırda şirkət bir neçə ad variantları arasında seçim edir: Mate F, Mate Flex, Mate FlexiMate Fold.

        Şirkət hələ dəqiq olaraq ad baxımından bir qərar vermədiyi üçün sadalanmış bütün adları qeydiyyatdan keçirdib. Bir sıra məlumatlara əsasən şirkətin əyilə bilən smartfon modeli iki ekrana sahib olacaq. Əyilmiş vəziyyətdə cihaz 5 inç ekrana, açılmış vəziyyətdə isə 8 inç ekrana sahib olacaq. Bundan əlavə olaraq smartfon 5G texnologiyasını və çox güman ki, yeni Kirin 990 flaqman prosessorunu əldə edəcək. Huawei şirkətinin ilk əyilə bilən smartfonunun təqdimatının gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində keçiriləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər