main-post-cover

    Huawei şirkətinin ilk qatlana bilən Mate X smartfonu tamamilə başqa tərzdə ola bilərdi

    Elm & Texnologiya
    03.03.2019
    Farid Pardashunas
        Huawei şirkətinin MWC 2019 sərgisində özünün təqdim etdiyi ilk qatlana bilən smartfon modeli olan Mate X sərginin ən əsas anonslarından biri oldu və həmin smartfon çoxlu sayda müsbət fikirlər aldı. Buna baxmayaraq smartfon tamamilə fərqli dizaynda ola bilərdi. Bu barədə Huawei şirkətinin mobil şöbəsinin direktoru Richard Yu Business Insider saytına müsahibəsində bildirib. Öz müsahibəsində Richard Yu bildirib ki, Mate X smartfonunun ilkin prototipləri xarici görünüşcə Galaxy Fold smartfonuna bənzəyirdilər. Yəni smartfon bir ədəd xarici ekrana və bir ədəd böyük daxili ekrana sahib idi. Lakin nəticədə şirkət bu dizaynı o qədər də yaxşı hesab etməyərək ondan imtina etdi.
         
        “Mən düşünürəm ki, smartfonun iki ekrana sahib olması halında onun çəkisi artır. Bizim bir neçə variantımız var idi. Lakin biz onlardan imtina etdik. Bizim eyni anda 3 layihəmiz var idi” – deyə Richard Yu öz müsahibəsində bildirib. Qeyd etmək lazımdır ki, Mate X smartfonu xarici tərəfə əyilən 8 düym-lük ekrana sahibdir. Bundan əlavə olaraq smartfon 5G şəbəkə dəstəyini də əldə edib. 5G şəbəkə dəstəyi vasitəsilə smartfonun məlumat ötürmə sürəti saniyədə 4.6 Gbit təşkil edir. Bununla yanaşı Mate X-in daha bir özəlliklərindən biri də onun 55 vatt gücündə enerji qəbulu sayəsində sürətli enerji yığmasıdır. Bu vasitə ilə smartfon 85% enerjini 30 dəqiqə ərzində yığır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər