main-post-cover

    Huawei şirkətinin Kirin 985 adlı yeni prosessoru barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    30.04.2019
    Farid Pardashunas
        Huawei şirkəti artıq müəyyən müddətdir ki, özünün yeni flaqman prosessor modeli olacaq Kirin 985 üzərində çalışır. İndi isə həmin prosessor barəsində bəzi məlumatlar ortaya çıxıb. Bu barədə 91mobiles saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən Kirin 985 prosessoru Kirin 980 modelindən 10-20% daha yüksək performans sərgiləyəcək.

        Lakin buna baxmayaraq yeni prosessor arxitektura baxımından Kirin 980 modeli ilə eyni olacaq. Kirin 985 modeli EUVL (Extreme Ultraviolet Lithography) emal üsulu ilə 7 nanometrlik texnoloji proses əsasında hazırlanaq. Bundan əlavə olaraq Kirin 985 prosessoru 5G-ni və digər yeni texnologiyaları dəstəkləməlidir. Əgər məlumat sızıntılarına inansaq, Kirin 985 prosessoru bu ilin üçüncü rübündə təqdim olunmalıdır. Həmin prosessoru ilk əldə edəcək smartfonlar isə Huawei Mate 30 seriyasından olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər