main-post-cover

    Huawei şirkətinin maliyyə direktoru 30 illik müddətinə azadlıqdan məhrum edilə bilər

    Elm & Texnologiya
    10.12.2018
    Farid Pardashunas
        Biz artıq bir neçə müddət bundan öncə xəbər vermişdik ki, Kanada hökuməti 1 dekabr tarixində Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou-nu həbs edib. Qeyd etmək lazımdır ki, Meng Wanzhou həmçinin Huawei şirkətinin həmtəsisçisi Ren Zhengfei-nin qızıdır. Beləliklə bu mövzu barəsində ilk məhkəmə prosesi keçirilib və Meng Wanzhou-nun nədən günahlandırıldığı və onu necə bir cəza gözləyə biləcəyi barəsində məlumat ortaya çıxdı. Bu məlumatı Techcrunch saytı verib.
        Qeyd etmək lazımdır ki, Kanada hökuməti Meng Wanzhou-nu ABŞ hökumətinin tələbi ilə həbs edib. Ədliyyə nazirliyi bildirib ki, Huawei qeyri-rəsmi şəkildə SkyCom adlı bir şirkətə sahibdir və həmin şirkət 2009-cu ildən 2014-cü ilə kimi İranla əməkdaşlıq edib. Bu isə ABŞ qanunlarının pozulması deməkdir. Belə ki, ABŞ İrana qarşı sanksiyalar tərtib edib. Məlumatda qeyd edilib ki, SkyCom şirkəti əsasən İranın yerli şəbəkə operatoru olan MTN Irancell Telecommunications Services şirkətinə telekommunikasiya cihazları satıb.
        Meng Wanzhou hələ bu ilin yay fəslində Nyu Yorkda axtarışa verilmişdi. Lakin həmin vaxtdan bəri o, Nyu Yorka gəlmədi. Buna görə də onu Kanadada həbs ediblər. İndi isə onu ABŞ-a ekstradisiya etmək istəyirlər. “Biz onlara İranla bağlı sanksiyaların qaydalarının pozulması barədə dəfərlərlə xəbərdarlıq vermişik” – deyə Ağ Evin milli iqtisadi birliyinin direktoru Larry Kudlow bildirib. Bununla yanaşı Wanzhou-nu 1 milyon dollarlıq girov müqabilində də azadlığa buraxmaq istəmirlər. ABŞ hökuməti sadəcə olaraq onun ölkədən qaçmağından qorxur. Nəticə etibarilə isə Meng Wanzhou 30 illik müddətinə azadlıqdan məhrum ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər