main-post-cover

    Huawei şirkətinin orta büdcəli P Smart Z smartfonu Amazon saytında ortaya çıxıb

    Elm & Texnologiya
    03.05.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Huawei şirkətinin orta büdcəli smartfon modeli olan P Smart Z-nin rəsmi render fotoları sızdırılmışdı. İndi isə sözügedən smartfon Amazon saytının İtaliya üzrə şöbəsində aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Təbii ki, Amazon saytında olan P Smart Z səhifəsi tez bir zamanda silinib. Lakin onun barəsində məlumatları öyrənmək mümkün olub. Beləliklə smartfon 279 avro qiymətində satılacaq və 3 rəng variantında satışa çıxacaq: Qara, göy və yaşıl.

        Bu smartfon Huawei şirkətnin ilk smartfon modeli olacaq hansı ki, gövdənin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək kamera moduluna sahib olacaq. Son məlumat sızıntısına əsasən Huawei P Smart Z smartfonu 19.5:9 nisbətli və 2340x1080 piksel keyfiyyətli 6.59 düym IPS ekran, Kirin 710 prosessoru, 16 MP (f/1.8 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) ikili arxa kamera, 4000 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunacaq. Smartfonun yaxın müddətdə təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər