main-post-cover

    Huawei şirkətinin P Smart Z adlı orta büdcəli smartfon modeli

    Elm & Texnologiya
    10.05.2019
    Farid Pardashunas
        Huawei şirkəti özünün P Smart Z adlı orta büdcəli smartfon modelini təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. P Smart Z modeli Huawei şirkətinin ilk smartfon modelidir hansı ki, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kameraya sahibdir. Smartfon Full HD+ keyfiyyətli 6.59 düym IPS ekrana sahibdir. Digər göstəricilər baxımından o, digər orta büdcəli smartfon modellərindən o qədər də fərqlənmir.

        Əsas texniki göstəricilərə gəldikdə Huawei P Smart Z modeli Kirin 710F prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 16 MP + 2 MP ikili arxa kamera, süni zəka funksiyalı 16 MP-lik ön kamera, 4000 mAh enerji tutumlu batareya, NFC modul və USB-C girişi ilə təchiz olunub. Huawei P Smart Z EMUI 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət smartfonun qiyməti və satış tarixi barəsində məlumat verməyib. Lakin bəzi məlumatlara əsasən Huawei P Smart Z modeli 300$-a satılacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər